Bitkoin rəsmi olaraq ilk dəfə ödəmə vasitəsi kimi tanındı – Tarixi hadisə

Dünyanın ən populyar kriptovalyutası rəsmi olaraq ilk dəfə ABŞ dolları ilə eyni səviyyədə qanuni ödəmə vasitəsi kimi tanınıb.

AZCOINNEWS.AZ bu barədə “RBK”ya istinadən xəbər verir.

Xatırladaq ki, 9 iyunda Salvador parlamenti bitkoinə rəsmi ödəmə vasitəsi statusunu verən qanun qəbul edib. Yaxın zamanda sənəd ölkə prezidenti Nayib Bukele tərəfindən imzalanacaq. Qeyd edildiyi kimi, Salvador hokumətinin qanunun qüvvəyə minməsindən sonra müvafiq infrastrukturu yaratmaq üçün 90 gün vaxtı olacaq.

Bitkoinin ödəmə vasitəsi kimi qəbul edilməsi ölkədə məcburi olacaq. Kriptovalyuta ABŞ dolları ilə eyni səviyyədə sayılacaq, bu barədə Salvadorun prezidenti bildirib.

“CoinGecko” portalının verdiyi məlumata görə, bu xəbərdən sonra kriptovalyutanın dəyəri 5% artaraq 34.2 min dollara çatıb.

Ekspertlərin fikrincə, bitkoinin Salvadorda rəsmi ödəmə vasitəsi kimi qəbul edilməsi – tarixi hadisədir.

Onların fikrincə, mühacir köçürmələrindən yüksək asılılıq, milli valyutanın hiperinflyasiyası, iqtisadi qeyri-sabitlik və ya ABŞ və Avropanın tətbiq etdiyi sanksiya məhdudiyyətləri kimi problemlərlə üzləşən digər ölkələr Salvadordan nümunə götürə bilərlər.

leocrypt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir