360Hz-də MSI oyun noutbukları ilk dəfə Bakıda!

Aparıcı kompüter brendlərin Azərbaycanda rəsmi təmsilçisi olan Aztech şirkəti yenə yeniliklərlə gündəmə gəlir. Belə ki, may ayının 11-də dünyada oyun noutbukların aparıcı istehsalçılarından olan MSI (Tayvan) şirkəti ən son Intel® 11-ci nəsil H seriya prosessorlu və NVIDIA® GeForce RTX™ 30-cu nəsil video kartlı oyun noutbuklarının yeni modellərini rəsmi təqdim etdi.

Peşəkar kompüter oyunçularının  nəbzini tutaraq, bu minvalla MSI şirkəti kompüter oyun həvəskarlarının çoxdanki arzularını reallaşdırmağa müvəffəq oldu. Əvvəlki modellərlə müqayisədə, yeni Intel® 11-ci nəsil Gen H seriya prosessorlu və NVIDIA® GeForce RTX™ 3080 video kartlı oyun noutbukları 30%-dək daha yüksək performans, 360Hz yüksək yenilənmə sürəti və PCIe Gen4, Thunderbolt 4, Wi-Fi 6E kimi daha təkmilləşdirilmiş xüsusiyyətləri ilə oyunçuların əsas istəklərini özündə cəmləşdirərək, oyunçulara ƏSL OYUN (TRUE GAMING) həyəcanı yaşadır.

MSI şirkətinin yeni prosessor və videokartlı 2021-ci ildə təqdim etdiyi yeni GE76/66 Raider və məhdud sayda buraxılan Dragon Edition Tiamat, GP Leopard, GS Stealth, GL Pulse və GF Katana kimi modellər artıq satışa çıxarılmışdır. Ən yüksək yenilənmə surəti 360Hz ilə noutbuklar ancaq bu ildən satışa çıxarılıb və artıq Bakıdadır. Xoş təsadüfdür ki, qədim şəhərimizdə keçirilən Bakı şəhər halqasında da şütüyən bolidlərin maksimal sürəti 360 km/s və  ilk MSI 360Hz oyun noutbukları da eyni ərəfədə Bakıya gəlir.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir