TCL, Türkiyədə ağıllı telefon istehsalına başladı

Dünyanın ən sürətli böyüyən texnologiya şirkətləri arasında yer alan Çinin TCL şirkəti Arçelik şirkətilə birlikdə Türkiyədə Tekirdağda TCL markası ilə ağıllı telefon istehsalına başlayıb.

AZCOINNEWS.AZ Marja-ya istinadən xəbər verir ki, yeni zavodun illik istehsal gücü 450 min telefondur. 2022-ci ildə istehsal gücünün 1 milyon telefona çatdırılması planlaşdırılır.

İlin sonuna qədər 4 telefon modeli satışa təqdim ediləcək.

TCL həm Çində, həm də qlobal miqyasda sürətlə inkişaf edən markadır. Xüsusilə şirkət LCD sektorunda və televizzor bazarında çox güclüdür. 

TCL Türkiyədə televizizor istehsalına da başlayıb.  

TCL şirkətinin televizor və mobil cihazları 160-dan çox ölkədə satılır. 

leocrypt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir