Azərbaycanda nağdsız ödənişlərin həcmi 50%-dən çox artıb

2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda 2 milyard 734 min manatlıq nağdsız ödənişlər həyata keçirilib.

AZCOINNEWS.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu nağdsız ödənişlərin 158 milyon manatı ATM-lər, 1 milyard 124 milyon manatı POS-terminallar, 1 milyard 452 milyon manatı elektron ticarət vasitəsilə aparılıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 4 ayında cəmi nağdsız ödənişlər 1 milyard 783 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin ilk 4 ayı ilə müqayisədə 2021-ci ilin ilk 4 ayında nağdsız ödənişlər 951 milyon manat və ya 53,3% artıb.

2021-ci ilin aprel ayında nağdsız ödənişlərin cəmi məbləği 733 milyon manat təşkil edib. Nağdsız ödənişlərin 42 milyon manatı ATM-lər, 311 milyon manatı POS-terminallar, 380 milyon manatı elektron ticarət vasitəsilə həyata keçirilib.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir