“Google”da axtardığınız məlumata şifrə qoya biləcəksiz

Amerika şirkəti “Google” axtarış bölməsində məlumatlara şifrə qoymaq imkanını yaradacaq.

Bu barədə AZCOİNNEWS.AZ “kommersant.ru”ya  istinadən xəbər verir.

Məlumata görə, şifrəni saytda axtarış bölməsində, “Google” servis və mobil tətbiqində, “Youtube” baxış və axtarışı, eləcə də  “Google assistant”a qoya biləcəksiz. Bunu etmək üçün “Google” hesabınızdakı “Fəaliyyətlərim” bölməsinə daxil olun və əlavə yoxlamanı təmin edin.

Həmçinin öz şəxsi kompüteriniz vasitəsilə “Google”də axtarış verdiyiniz məlumatlara və ya ümumiyyətlə axtarış hekayəsinə qadağa qoymağı da tənzimləyə biləcəksiz. Başqa sözlə, axtardığınız məlumatlara sizdən başqa qeyrisinin çıxış imkanı olmayacaq.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir