Dünyanın hər ölkəsində tapılmayan yeni noutbuklar artıq Bakıda!

NVIDIA şirkəti nəhayət ki, may ayının 11-də oyun noutbukları üçün RTX 30 seriyalı video kartlardan sonuncuların – NVIDIA GEFORCE RTX3050 və RTX3050Ti versiyalarının dünya təqdimatını keçirib. Həmin videokartlarla kompüter oyunçuları oyunlar zamanı daha yüksək performans, yeni təəssüratlar və geniş imkanlardan faydalana biləcəklər.

Təqdimatı keçirilən yeni RTX 3050 və 3050Ti videokartları ilə oyun noutbuklarını bazara təqdim edən ilk brendlərdən biri də məhz ASUS oldu. Adətən rəsmi təqdimatdan sonra, ən yeni modellər dünyada ABŞ, Çin, Rusiya kimi böyük bazarlarda ilk olaraq satışa çıxarılır. Amma 23 il kompüter avadanlığı bazarında uğurlu fəaliyyət göstərən Aztech şirkətinin (www.aztech.az)  nüfuzu və səyləri nəticəsində, bu dəfə elə dünya təqdimatı keçiriləndən dərhal sonra, yəni elə mayın 11-də Bakıda da yeni RTX 3050 və RTX 3050Ti ilə Asus oyun noutbukları  satışa çıxarılıb.

2021-ci ildə təqdimatı olmuş yeni RTX seriyasına məxsus RTX3050, RTX3050Ti, RTX3060, RTX3070, RTX3080 videokartlarla oyun noutbukları geniş çeşiddə  Aztech şirkətinə məxsus “ASUS Brand Store”da  hal-hazırda satışdadır. Çünki,  MDB məkanında ancaq Azərbaycan və Rusiyada ASUS brendinə məxsus rəsmi mağazalar fəaliyyət göstərirlər. “ASUS Brand Store”da hər büdcəyə və zövqə uyğun ən son RTX3050, RTX3050Ti, RTX3060, RTX3070, RTX3080 seriyalı videokartlarla geniş çeşiddə  müxtəlif oyun noutbuklarını seçə bilərsiniz.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir