“Samsung” yeni Smart Monitor-u təqdim edib

“Samsung” şirkəti yeni model Smart Monitor-unu təqdim edib.

Bu barədə AZCOINNEWS.AZ “kommersant.ru”ya istinadən xəbər verir.

Məlumata görə, Smart Monitor 24 və 43 düymlük M5 və M7 modelləridir.

Yeni qabaqcıl monitoru 43 düym diaqonallı və 4K (3840×2160 piksel) Smart Monitor M7-dir. Ekranda daxili və video yayım tətbiqləri var. Smart Monitor M5 24 düymlük Full HD (1920 x 1080 piksel) ekrana malikdir.

Smart Monitor bütün cihazların qoşulmasını dəstəkləyir: “Tap View”, “Mirroring və “Apple AirPlay2, həmçinin “Samsung Dex” platformasını da.

Kompüterə qoşulmadan proqramlarla işləmək mümkündür: “Microsoft 365”, həmçinin videoplatformalar: “Netflix”, “Prime Video”, “HBO”, “Youtube” və s.

Monitorlar Samsung Smart Monitor, Smart TV-nin bütün funksiyalarına sahib olan və ekranları avtonom şəkildə istifadə etməyə imkan verən xüsusi əməliyyat sistemi Tizen ilə təchiz olunub. Səs köməkçiləri ilə (Bixby, Google Assistant və Amazon Alexa), ya da uzaqdan idarəetmə ilə idarə olunur. 43 düymlük model daxili günəş panellərinə malikdir.

leocrypt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir