Bitkoin yenidən bahalaşdı – Kriptovalyuta bazarı İlon Maskın mədənçilərlə görüşünə dərhal reaksiya verdi

İlk kriptovalyutanın – Bitkoinin dəyəri yenidən 40 min dollara yaxınlaşıb.

AZCOİNNEWS.AZ xarici mediaya istinadən xəbər verir ki, qiymət artımı Tesla və SpaceX rəhbəri İlon Maskın rəqəmsal aktivlərin hasilatı sahəsinin nümayəndələri ilə yenilənə bilən enerji mənbələrindən istifadəyə dair müzakirələr aparması barədə mesajı fonunda baş verib.

Tesla və SpaceX-in rəhbəri İlon Mask Şimali Amerikalı bitcoin mədənçiləri ilə görüş keçirib. Görüşdə kriptoalyuta mədənləri üçün bərpa olunan enerji mənbələrindən istifadə məsələsi müzakirə olunub. Görüş barədə məlumat mediada yayımlanandan dərhal sonra bitkoinin qiyməti kəskin şəkildə bahalaşmağa başlayıb və 37 min dollardan təxminən 40 min dollar qədər yüksəlib.

İlon Mask görüş barədə bu açıqlamanə verib: “Şimali Amerika bitcoin mədənçiləri ilə danışdım. Onlar yenilənə bilən enerji mənbələrinin cari və gələcək istifadəsi barədə hesabat verəcəklər və dünyadakı bütün madençilərdən də bunu istəyəcəklər. Potensial perspektivli gedişatdır”.

Qapalı formatda keçirilən iclasda Agro, BLOCKCAP, Core Scientific, Galaxy Digital, HIVE, Hut 8, Marathon və Riot şirkətlərinin nümayəndələri iştirak edib.

QEYD:

Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir