“Youtube” iyunun 1-dən reklamarı bütün videolarda yerləşdirəcək – Vergi qaydaları tətbiq olunacaq

Amerkalı videohostinq “Youtube” 1 iyun tarixindən reklmları bütün videolara yerkəşdirəcək.

Bu barədə AZCOINNEWS.AZ “kommersant.ru”ya istinadən xəbər verir.

Yeni qaydalara görə, reklamlar yalnız qeydiyyatdan keçməyən istifadəçilərin platformasında çıxacaq.

Yay mövsümünün ilk günü, Rusiyada və digər ölkələrdə telefonlara və digər platformalara “Youtube” ilə pul qazanmaq hüququ daxil olmaqla, “Youtube”nin istifadə qaydaları barədə yenilik mesajı gələcək.

Həmçinin videoservis bloggerlər üçün vergilər tətbiq edəcək. Buraya YouTube Premium, super chat və sponsorluq yolu ilə əldə edilən gəlir də daxildir. Bununla əlaqədar olaraq, məzmun müəllifləri Google AdSense xidmətini vergi məlumatları – VÖEN, hüquqi şəxs adı və ticarət adı ilə təmin etməli olacaqlar.

Bu məlumatlar 31 May 2021-ci il tarixinə qədər göndərilmirsə, Google vergi məlumatı qaydalarına əsasən “Youtube”, video baxışlardan əldə olunan gəlirin 24% -ə qədərini saxlaya bilər.

Yeni qaydalar “Youtube Kids” xidmətinə də şamil olunacaq.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir