Azərbaycan Rusiya ilə “bulud” texnologiyaları sahəsində əməkdaşlığı genişləndirir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Moskvada Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.

Azcoinnews.Az-ın məlumatına görə, bunu R.Nəbiyev tvitter hesabında yazıb.

Nazir bildirib ki,iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə danışılıb:

“Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir