Azərbaycan əhalisinin nominal gəlirləri azaldı – hər adama 1 703 manat!

Azərbaycan Respublikasının əhalisinin nominal gəlirlərinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ərzində  17 milyard 37.9 milyon manat olub.

Bu barədə Azcoinnews.Az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin nominal gəlirlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1.1% azalma deməkdir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi isə 1 702.7 manat təşkil edib, bu da öncəki illə müqayisədə 1.6% azalma deməkdir.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir