Kriptovalyuta bazarında canlanma – dəyər 2 trilyon 460 min dolları keçdi

Kriptovalyuta bazarında canlanma davam edir. Son 24 saat ərzində bazarın dəyəri  2 trilyon 460 milyard dolları keçib.

Azcoinnews.Az xarici mətbuata istinadən xəbər verir ki, artım Bitkoinin qiymətində də qeydə alınıb. Belə ki, bu rəqəmsal valyuta nümunəsinin dəyəri yenidən 57.000 dollara yüksəlib. Bitkoinin ümumilikdə bazar dəyəri isə 1 trilyon 70 milyard dollara yüksəlib.

Digər kriptobalyuta nümunələrinin də qiymətində artım müşahidə olunur. Məsələn, “Ethereum” hazırda 3 min 451 dollara təklif olunur.

Populyarlıq dərəcəsi açağı olan koinlərin də qiymətində müəyyən artımlar var. Bu sırada daha çox diqqət çəkən “Ripple”nin sürətli yüksəlişidir. Bu koininin qiyməti son 24 saat ərzində 18 faiz bahalaşaraq 1. 69 sentə yüksəlib.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir