“Mastercard”ın sorğusu: İstehlakçıların 40 faizi kriptovalyuta ustifadə etməyə hazırdır

Maliyyə xidmətləri nəhəngi “Mastercard”, rəqəmsal ödənişlərlə bağlı araşdırmalarının nəticələrini təqdim edib.

Azcoinnews.Az  Bitnovosti.com saytına istinadən xəbər verir ki,  Şirkətin, dünyanın 18 ölkəsində keçiridiyi sorğuya cəlb edilmiş 15 milyon 569 min istehlakçının əhəmiyyətli hissəsi kriptovalyuta ilə ödəmələrdə maraqlı olduğunu ifadə edib.  Şimali və Cənubi Amerika, Yaxın şərq və Afrika ölklələrini əhatə etmiş sorğuda iştirak edənlərin 40 faizi növbəti ildən etibarən rəqəmsal valyuta ilə ödənişlər etməyi planlaşdırır.

Sorğunun nəticəsində o da məlum olub ki, rəyi soruşulanların  77 faizi kriptovalyuta bazarı haqqında daha çox informasiya almaq istəyir.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir