Ethereum son 10 gündə 30%-dən çox bahalaşaraq qiyməti rekord qırdı

Populyar ktiptovalyutya nümunələrindən olan Ethereum son 10 gündə 30%-dən çox bahalaşaraq qiyməti 3 min dollar səviyyəsini keçib.

Azcoinnews xəbər verir ki, Ethereum bazar ertəsi günü səhər saatlarında 3 min 54 dollardan ticarət olunub.

Ən böyük kriptovalyuta olan Bitcoin-in dominatlığı 2021-ci ilin əvvəlində 70% ətrafındaykən, hazırda 2,3 trilyon dollar dəyər ilə 46% səviyyəsindədir. Ethereum-un dominatlığı isə artaraq 15%-ə çatmışdır.

2021-ci ilə 729 dollar ətrafında başlayan Ethereum ilin vvəlindən bu yana 312% dəyər qazaraq qiyməti 4 dəfə artıb.

Bitcoin 57 min 900 dollar ətrafında ticarət olunub, Litecoin 273 dollar səviyyəsindədir. Bloomberg Galaxy Kriptovalyuta İndeksi isə bazar ertəsi günü 5%-dən çox yüksəlib.

Nicat Daglar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir